“Fənərbağça” Fransa klubu ilə heç-heçə ETDİ
UEFA
24.01.2025 04:56
UEFA Avropa Liqasının əsas
mərhələsində VII turun daha 8 oyunu keçirilib.
TodayPress xəbər
verir ki, "Fənərbağça" Türkiyədə Fransanın "Lion" klubunu
sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra
xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə
9 xalla 19-cu sırada yer alıblar.
tag: Fransa, Fənərbağça, Lion, Klub,Türkiyə, todaypress.az,