Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza atdı

UEFA

28.11.2024 09:41

Luis Enrike UEFA Çempionlar Liqasında PSJ-nin ən çox məğlub olan baş məşqçisi kimi antirekorda imza atıb.

TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssisin qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinin V turunda "Bavariya"ya məğlubiyyətdən sonra bu göstəricisi gerçəkləşib. 

O, Paris təmsilçisinin çalışdırıcısı kimi Çempionlar Liqasında 17 oyunda 8-ci məğlubiyyətini alıb.

Qeyd edək ki, buna qədər antirekord PSJ-nin sabiq baş məşqçisi Loran Blana məxsus idi. O, 30 qarşılaşmada 7 dəfə məğlubiyyətlə barışmışdı.

Namiq HUN

tag: UEFA, Liqa, PSJ, Enrike, Bavariya, Paris, todaypress.az,