Enrike: “Günahkar varsa, o da mənəm”
UEFA
27.11.2024 17:09
PSJ klubunun baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Bavariya”ya (0:1) uduzduqları oyundan danışıb.
TodayPress “Canal+”a istinadən xəbər verir ki, mütəxəssis komandanın uğursuz nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb:
“İnsanlarda hər zaman günahkarı tapmaq istəyi var. Günahkar varsa, o da mənəm. Mən cavabdehəm. İndi günahkarı tapdınız. Bundan sonra istənilən tənqidi qəbul edirəm”.
Qeyd edək ki, PSJ ÇL-in Liqa mərhələsində daha əvvəl “Jirona”ya (0:1) qalib gəlib PSV ilə (1:1) heç-heçə etmişdi, “Arsenal”a (0:2) və “Atletiko”ya isə (1:2) uduzmuşdu.
Paris təmsilçisi hazırda ÇL-in Liqa mərhələsində 4 xalla 26-cıdır.
Namiq HUN
tag: Enrike, Bavariya, Liqa, Arsenal, ÇL, todaypress.az,