Elçin Məsiyev UEFA-dan təyinat aldı

UEFA

01.10.2024 10:40

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununun baş hakimi olacaq.

Məsiyevə laysmanlar - Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.

“Boraç”– “Panatinaikos” matçı oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək.


Namiq HUN

tag: Azərbaycan,FIFA,Elçin Məsiyev,UEFA,Boraç,Panatinaikos,todaypress.az,