Edin Ceko "Anderlext"lə görüşdən sonra ciddi problemlə üzləşdi

UEFA

14.02.2025 22:07

"Fənərbağça" klubunun ulduz futbolçusu Edin Cekonun UEFA Avropa Liqasının Pley-off mərhələsində "Anderlext"lə görüş sonrası əlində sınıq aşkarlanıb.

 

TodayPress "SporX"ə istinadən xəbər verir ki, matçın 42-ci dəqiqəsində qol vuran və 75-ci dəqiqəsində Anderson Taliska ilə əvəzlənən Edin Ceko əlində ağrı olduğunu klub həkimlərinə bildirib.

 

Daha sonra müayinəsi tamamlanan futbolçunun əlində sınıq aşkarlanıb.

 

Qeyd edək ki, 38 yaşlı futbolçunun növbəti oyunlarda iştirak edib-etməyəcəyi bəlli deyil.

tag: Fənərbağça, Edin Ceko, UEFA, Avropa, Liqa, Sınıq,todaypress.az,