Di Maria Messini qabaqladı
UEFA
28.11.2024 11:22
“Benfika” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Monako”ya (3:2) qalib gəlib.
TodayPress xəbər verir ki, oyunda Lissabon təmsilçisinin vingeri Anxel Di Maria 2 asist edib.
Nəticədə argentinalı futbolçu turnirdə qola səbəb olan ötürmələrin ümumi sayına görə Lionel Messini qabaqlayıb.
Di Marianın 41, Messinin isə 40 məhsuldar ötürməsi var.
Qeyd edək ki, lider 42 assistlə Kriştiano Ronaldodur.
Namiq HUN
tag: UEFA, Messi,Benfika, Çempion, Di Maria, todaypress.az,