Derbini “Real” qazandı, “Arsenal” rəqibini darmadağın etdi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
TodayPress xəbər verir ki, ilk oyun gününün ən
prinsipial qarşılaşması İspaniyanın paytaxtı Madriddə baş tutub.
“Real” “Santyaqo Bernabeu”da şəhərin digər təmsilçisi
“Atletiko”nu qəbul edib. Madrid derbisində sevinən tərəf “kral klubu” olub 2:1.
İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabı ilə
darmadağın edib. Fransanın “Lill” klubu Almaniyada Dortmund “Borussiya”sı ilə
heç-heçəyə nail olub 1:1. Belçikada keçirilən “Brügge” - “Aston Villa”
qarşıdurmasında isə İngiltərə təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı bu gün keçiriləcək.
Namiq HUN
tag: Real Madrid, Arsenal, PSV, UEFA, Topçular, todaypress.az,