Deklan Rays adını ÇL-in tarixinə yazdırdı

UEFA

09.04.2025 09:52

20

“Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.   

TodayPress xəbər verir ki, o, Avropanın ən nüfuzlu klub turnirinin pley-offunda bir oyunda cərimə zərbəsindən 2 qol vuran ilk oyunçu olub. 

Deklanadək Çempionlar Liqasında 4 futbolçu bir matçda iki dəfə cərimə zərbəsindən fərqlənib. 

Qeyd edək ki, “Arsenal” 1/4 finalın ilk matçında “Emireyts Stedium”da “Real Madrid”in qapısından 3 cavabsız top keçirib.   

Namiq HUN

tag: Arsenal,UEFA,Deklan Rays,Tarix,Todaypress.az,