ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı
Bu gün UEFA Çempionlar
Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
TodayPress xəbər verir ki, günün ilk matçında “Borussiya” “Sportinq”lə üz-üzə gəlib.
Dortmundda keçirilən
görüşdə hesab açılmayıb.
Günün mərkəzi oyunu
Madriddə baş tutub. “Real” “Mançester Siti”ni qəbul edib. Kilian Mbappenin
het-trik etdiyi oyunda meydan sahibləri qələbə qazanıb - 3:1.
PSJ "Brest"i
meydana çıxmağına peşman edib. Parislilər 7:0 hesablı qalibiyyətə seviniblər.
"Yuventus"
isə PSV ilə bacarmayıb. İtaliya təmsilçisi 1:3 hesabı ilə məğlub olaraq
mübarizəni dayandırıb.
19
fevral
tag: UEFA, Çemionlar Liqası, Borussiya, Sportinq, Madrid, Real, todaypress.az,