ÇL: PSJ və “Barselona” yarımfinalda

UEFA

16.04.2025 10:06

22

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.   

TodayPress xəbər verir ki, ilk 2 yarımfinalçının adına İngiltərədə və Almaniyada aydınlıq gəlib. 

“Aston Villa” Birmingemdə PSJ-ni qəbul edib.

“Aslanlar” “Villa Park” qarşılaşmasında 3:2 hesablı qələbə qazansalar da, ilk görüşdə 1:3 hesabı ilə uduzduqları üçün mərhələ adlayan tərəf Paris təmsilçisi olub. 

“Barselona” klubu isə 1 həftə əvvəl 4 cavabsız qolla qalib gəldiyi “Borussiya Dortmund”un qonağı olub.

Daha yaxşı oynayan meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Seru Girassi het-triki ilə komandasının qələbəsində böyük pay sahibi olub.

Amma nəticə Dortmund klubuna yarımfinala yüksəlmək üçün kifayət etməyib.

Kataloniya təmsilçisi ümumi hesabda rəqibindən 5:3 üstün olub.  1/2 finalda PSJ “Real Madrid” - “Arsenal” cütünün güclüsü, “Barselona” isə “İnter” - “Bavariya” qarşılaşmasının qalibi ilə qarşılaşacaq.   

Namiq HUN

tag: PSJ,Barselona,UEFA,Futbol,Todaypress.az,