ÇL: PSJ finalda “İnter”ə rəqib oldu

UEFA

08.05.2025 09:10

20

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

TodayPress xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan son matç Parisdə keçirilib.

Fransa çempionu PSJ səfərdə məğlub etdiyi “Arsenal”ı “Parc des Princes” stadionunda qəbul edib. 

İlk oyunda 1:0 hesablı qələbə qazanan Paris təmsilçisi bu dəfə də meydanı qalib tərk edib. Luis Enrikenin komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. PSJ-nin heyətində Fabian Ruis və Əşrəf Hakimi fərqləniblər. “Arsenal”ın təsəlli qolunu isə Bukayo Saka vurub. 

Qeyd edək ki, PSJ - "İnter" finalı mayın 31-də Münhendə keçiriləcək.

Namiq HUN

tag: UEFA,ÇL,PSJ,Arsenal,todaypress.az,