ÇL: “Liverpul” qazancda hamını üstələdi
UEFA
12.02.2025 09:42
UEFA Çempionlar Liqasının ümumi mərhələsini birinci yerdə başa vuran "Liverpul" bütün digər klublardan daha çox - 56,2 milyon avro qazanıb.
TodayPress xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İkinci yerdə olan “Barselona” klubun büdcəsini 54,5 milyon avro artırıb.
Çempionlar Liqasının hazırki qalibi “Real Madrid” ümumi mərhələdə 11-ci olmaqla cəmi 37,27 milyon avro qazanıb.
“Kral klubu”Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxarsa, daha 11 milyon avro qazanacaq.
Namiq HUN
tag: UEFA, Liqa,Liverpul, Klub ,Todaypress.az,