ÇL: İtaliya klubları üçün uğursuz gün
UEFA
13.02.2025 09:05
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. TodayPress xəbər verir ki, mərhələnin ikinci oyun günü İtaliya klubları üçün uğursuz olub. “Atalanta” Belçikada “Brügge”yə (1:2), “Milan” isə Niderlandda “Feyenoord”a (0:1) hesabı ilə uduzub.
“Bavariya” “Seltik”in qonağı olub. Qlazqo qarşılaşması Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Benfika” isə səfərdə “Monako”ya (1:0) qalib gəlib.
Pley-off mərhələsinin cavab görüşləri fevralın 18-19-da keçiriləcək.
Namiq HUN
tag: UEFA, Münhen,Atalanta,Milan,Klub,Futbol,Todaypress.az,