ÇL-in Liqa mərhələsi sensasiyasız start götürdü
UEFA
18.09.2024 09:13
UEFA Çempionlar Liqasının son qalibi "Real Madrid” 2024/25 mövsümünün liqa mərhələsinə qələbə ilə start verib.
TodayPress xəbər verir ki, ilk turda “kral klubu” “Ştutqart”ı yoxlamadan keçirib. “Los Blankos” almaniyalı rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
İlk oyun gününün mərkəzi matçı isə İtaliyada keçirilib. “Milan” “San-Siro”da “Liverpul”la matçda erkən qol vursa da, sonradan qapısından 3 top buraxıb.
Turun ən məhsuldar qarşılaşması isə Münhendə qeydə alınıb. "Bavariya" Zaqreb "Dinamo"sunu 9:2 hesabı ilə məğlub edib.
“Sportinq” klubu isə Lissabonda “Lill” klubundan üstün olub 2:0.
Namiq HUN