ÇL həftəsini Zommer qazandı

UEFA

09.05.2025 11:15

27

UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

TodayPress UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafatı “İnter”in isveçrəli qolkiperi Yann Zommer alıb. 

O, səsvermədə PSJ-dən Əşrəf Hakimini qabaqlayıb.   

Qeyd edək ki, Yann Zommer “Barselona” ilə  yarımfinal mərhələsinin cavab oyununda (4:3) yeddi seyv edib.   

Namiq HUN

tag: İnter,UEFA,Yann Zommer,Qapıçı,Todaypress.az,