ÇL: “Feyenoord” və “Atalanta” ilk qələbələrini qazandılar
UEFA
02.10.2024 22:54
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin oyunları
keçirilir.
TodayPress xəbər verir ki, II
turun ikinci oyun günündə iki görüş başa çatıb.
Son mövsüm La Liqada baxımlı oyunu ilə adından söz
etdirən “Jirona” Çempionlar Liqasının əsas mərhələsində uğursuz start götürüb.
İlk turda səfərdə PSJ-yə uduzan Kataloniya təmsilçisi, bu tur evdə
“Feyenoord”la bacarmayıb. İlk hissəni minimal fərqlə qazanan Rotterdam klubu
oyundakı üstünlüyünü sonadək qoruyub saxlayaraq turnirdə ilk qələbəsini qazanıb
3:2.
İkinci turda “Atalanta” klubu da səfər
qarşılaşmasında qələbəni bayram edib.
Berqamo təmsilçisi Donetsk “Şaxtyor”u ilə matçın ilk hissəni Berat Cimsiti və
Ademola Lukmanın qolları ilə aktivinə yazıb. Fasilədən sonra isə Raul Bellanova
ukraynalı futbolçuların darmadağınını rəsmiləşdirib 3:0.
Namiq HUN
tag: Jirona, Donetsk,UEFA, Berat Cimsiti, todaypress.az,