ÇL: Dortmund “Borussiya”sı lider mövqeyində
UEFA
02.10.2024 09:26
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib.
TodayPress xəbər verir ki, ilk gündə baş tutan 9 matçda qapılara 32 qol vurulub.
Turun maraqlı qarşılaşmalarından biri İngiltərədə keçirilib. “Arsenal” PSJ-ni “Emireyts”dən xalsız yola salıb 2:0.
Dortmund "Borussiya"sı isə “Seltik”I darmadağın edərək Liqa mərhələsində liderliyi ələ keçirib. Nuri Şahinin komandası öz meydanında Şotlandiya təmsilçisinə 7:1 hesabı ilə qalib gəlib.
Turun digər görüşlərində “Barselona” “Yanq Boyz” üzərində inamlı qələbə qazanıb 5:0.
“İnter” evdə “Srvena Zvezda”dan üstün olub 4:0.
“Slovan” “Mançester Siti”yə, “Zaltsburq” isə “Brest”ə 0:4 hesabı ilə məğlub olub.
“Bayer 04” “Milan”ı minimal hesabla yenib 1:0.
“Ştutqart” – “Sparta” və PSV – “Sportinq” qarşılaşmalarında qollu heç-heçə qeydə alınıb 1:1.
Namiq HUN
tag: Barselona ,Zaltsburq ,Brest ,Slovan ,Milan, todaypress.az,