ÇL-də qol rekordu yeniləndi
UEFA
28.11.2024 10:40
UEFA Çempionlar Liqasında qol rekordu qeydə alınıb.
TodayPress UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunda baş tutan 18 oyunda 67 qol vurulub.
Əvvəlki rekord 2000/2001 mövsümünün I turunda olub. O zaman 16 matçda qapılara 63 qol vurulub.
Namiq HUN
tag: UEFA, Liqa, Çempionlar, Qol, Rekord, todaypress.az,