ÇL-də pley-off həyəcanı başlayır
Bu gün UEFA Çempionlar Liqasında dörd görüşlə pley-off mərhələsinin matçlarına start veriləcək.
TodayPress xəbər verir ki, günün ilk matçı Fransada “Brest” və PSJ klubları arasında keçiriləcək.
Gecənin ən prinsipial oyunu isə İngiltərədə baş tutacaq. “Mançester Siti” “Etihad” stadionunda turnirin son qalibi olan “Real Madrid” klubunu qəbul edəcək.
Pley-off mərhələsinin digər görüşlərində PSV İtaliyada “Yuventus”un, “Borussiya Dortmund” isə Portuqaliyada “Sportinq”in qonağı olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin digər 4 oyunu fevralın 12-də keçiriləcək. Raunda fevralın 18-19-da baş tutacaq cavab görüşləri ilə yekun vurulacaq.
Namiq HUN
tag: UEFA, Liqa,PSJ,Futbol,Klub,Todaypress.az,