ÇL-də II tur həyəcanı başlayır
UEFA
01.10.2024 10:20
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar keçiriləcək.
TodayPress xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin II turunun ilk günündə 9 matç baş tutacaq.
Günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutacaq. Londonda “Arsenal” PSJ-ni qəbul edəcək. Hər iki komanda Liqa mərhələsinə qələbə ilə başlayıb.
Dortmundda “Borussiya” və “Seltik” də ikinci qələbə üçün meydana çıxacaqlar.
Bundan başqa Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Zalsburq” “Brest”lə, “Ştutqart” “Sparta” ilə, “Barselona” “Yanq Boyz”la, “Bayer 04” “Milan”la, “İnter” “Srvena Zvezda” ilə, PSV “Sportinq”lə, “Slovan” isə “Mançester Siti” ilə qarşılaşacaq.
Qeyd edək ki, II tura oktyabrın 2-də yekun vurulacaq.
Namiq HUN