ÇL-də həftəni qolkiper qazandı
UEFA Çempionlar Liqasında (ÇL) həftənin futbolçusu məlum olub.
TodayPress xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin ilk oyunlarından sonra “Liverpul”un qolkiperi Alison Beker mükafata layiq görülüb.
Braziliyalı futbolçu “Liverpul”un səfərdə PSJ-yə (1:0) qalib gəldiyi oyunda böyük pay sahibi olub. Alison 9 qurtarışla görüşün qəhrəmanı olub.
Qeyd edək ki, Beker səsvermədə Harri Keyn, Rodriqo və Martin Edeqor kini futbolçuları arxada qoyub.
Namiq HUN
tag: Liverpul,Alison Beker,Qolkiper,Klub,UEFA,Todaypress.az,