ÇL-də daha 2 komanda növbəti mərhələ şansını itirdi

UEFA

12.12.2024 13:49

UEFA Çempionlar Liqasında Liqa mərhələinin 6-cı turunun oyunlarından sonra daha iki komandanın turnirlə vidalaşacağı dəqiqləşib.

TodayPress xəbər verir ki, “Yanq Boyz” (İsveçrə) və “Slovan” (Slovakiya) qarşıdakı iki oyunun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksəlmək şanslarını itirib.

"Slovan" son turda "Atletiko Madrid"ə (1:3), "Yanq Boyz" isə "Ştutqart"a (1:5) məğlub olub.

Hazırda xalsız olan bu komandalar turnir cədvəlində müvafiq olaraq 35 və 36-cı sıradadırlar. Komandaların pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı qalmayıb.

Qeyd edək ki, daha əvvəl “Leypsiq” klubunun yarışı tərk edəcəyi məlum olub.

Namiq HUN

tag: UEFA, ÇL, Tur, Komanda, todaypress.az,