ÇL: Avropa nəhəngləri büdrəmədilər

UEFA

12.03.2025 09:15

3053

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.   

TodayPress xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.   “Barselona” “Benfika”nı qəbul edib.

Matç Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki oyunda rəqibindən üstün olan “Barselona” növbəti mərhələdə “Lill” – “Borussiya Dortmund” (1:1) cütünün qalibi ilə qarşılaşacaq. 

“İnter” Milanda “Feyenoord”u qəbul edib. İtaliya çempionu həm səfərdə, həm də evdə rəqibini məğlub edib 2:1.  “Bavariya” isə böyük hesabla məğlub etdiyi “Bayer 04”ə səfərdə də qalib gəlib.

Münhen təmsilçisi Leverkuzendə rəqib komandanın qapısına iki cavabsız qol vurub.  1/4 finalda “İnter” “Bavariya” ilə münasibətlərə aydınlıq gətirəcək. 

Çempionlar Liqasında 1/8 final mərhələsində yalnız “Liverpul” – PSJ cütünün qalibi iki oyunun nəticəsinə görə məlum olmayıb.

İlk oyunda mersisaydlılar səfərdə (1:0) qələbə qazanıb. Liverpulda baş tutan cavab matçında əlavə vaxta ehtiyac duyulub 0:1. Əlavə olunmuş 30 dəqiqə qalibi müəyyən etməyincə penalti seriyasına qərar verilib.

Daha dəqiq olan PSJ (1:4) 1/4 finala yüksəlib. Paris təmsilçisi növbəti mərhələdə “Aston Villa” – “Brügge” (3:1) cütünün qalibi ilə qarşılaşacaq.   

Namiq HUN

tag: Liverpul,PSJ,Klub,Futbol,Todaypress.az,