ÇL: 1/4 final daha maraqlı olacaq

UEFA

13.03.2025 09:33

2339

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə yekun vurulub.   

TodayPress xəbər verir ki, son dörd qarşılaşma ilə 1/4 final mərhələsinin iştirakçıları məlum olub.   

"Atletiko" və "Real" növbəti Madrid derbisində üz-üzə gəliblər. 90 dəqiqə ərzində “hindu” Qallaherdən başqa bu oyunda qol vuran olmayıb. 

İki görüşün nəticəsinə görə 2:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub. Cütün taleyinə isə penalti seriyasında aydınlıq gəlib. Yekunda turnirin son qalibi olan "Real" 1/4 finala yüksəlib.    Fransada "Lill"lə "Borussiya Dortmund" komandaları münasibətlərinə aydınlıq gətiriblər. İlk oyunda qollu bərabərliyə razılaşan komandaların Lill qarşılaşması maraqlı keçib.

Oyunda erkən qol vuran fransızlar üstünlüyü qoruya bilməyiblər. Dortmund təmsilçisi fasilədən sonra iki qol vurub. Emre Can və Bayerin qolları “arılar”ı növbəti mərhələyə çıxarıb.   

İngiltərə klubları "Arsenal"la "Aston Villa" evdə müvafiq olaraq, PSV və "Brüğge"ni sınağa çəkiblər. Səfərdə 7:1 hesabı ilə qalib gələn “topçular” öz meydanında heç-heçəyə razılaşıb 2:2.    "Aston Villa" isə səfərdəki kimi, evdə də "Brügge"nin qapısına 3 dəfə yol tapa bilib 3:0.   

Qeyd edək ki, 1/4 finalda "Arsenal" - "Real Madrid", "Barselona" - "Borussiya Dortmund", "Bavariya" - "İnter" və PSJ - "Aston Villa" cütləri üz-üzə gələcək.  Çempionalr Liqasında 1/4 final mərhələsinə aprelin 8-də start veriləcək.   

Namiq HUN

tag: Atletiko Madrid,Real Madrid,Futbol,Klub,Todaypress.az,