Ceferin: “Oyun sayının azalması məvacibə təsirsiz ötüşməyəcək"

UEFA

12.11.2024 22:00

UEFA prezidenti Aleksander Ceferin futbolçuların sıx oyun qrafiki ilə bağlı narazılığına münasibət bildirib.

TodayPress xəbər verir ki, funksioner oyun sayının azalmasının futbolçuların məvacibinə təsir edəcəyini deyib:

"Futbolçuların müasir qladiator olduqlarını desək, məsələni bir az şişirtmiş olarıq. Hazırda futbolçular daha çox oyun keçirirlər. Lakin “ən çox əziyyət çəkənlər yüksək səviyyədə olanlardır” fikri ilə də razı deyiləm. Mənim ölkəm Sloveniyadan olan futbolçular “Real Madrid”in oyunçuları kimi tez-tez meydana çıxırlar, lakin onlardan 500 dəfə az maaş alırlar. Matçların sayını azaltsaq, klubların gəlirləri aşağı düşəcək. Bu isə futbolçuların maaşına təsir edəcək”.

Qeyd edək ki, əsasən tanınmış futbolçular sıx qrafikdə oynamaqla bağlı etiraz edirlər.

Namiq HUN

tag: Ceferin, Klublar,UEFA, Prezident,Qrafik, todaypress.az,