Çeferin: “Avropa futboldan başqa hər sahədə uduzur”

UEFA

25.02.2025 14:20

2434

UEFA prezidenti Aleksander Çeferin Avropa ölkələrinin dünyadakı mövqeyindən danışıb.   

TodayPress xəbər verir ki, o, Avropanın futboldan başqa bütün sahələrdə dünyanın digər regionlarından geridə qaldığını deyib: 

“Biz hamımız siyasi düzgünlükdən bezmişik. Artıq Qərbdə söz azadlığı yoxdur. Nə düşündüyünüzü deyə bilməzsiniz. Avropa, futboldan başqa, hər cəhətdən uduzur, sərt qaydalardan boğulur". 

Qeyd edək ki, daha əvvəl Çeferin bəzi siyasətçilərin Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının beynəlxalq arenaya qayıtmasının qarşısını aldığını bildirib. 

Xatırladaq ki, 2022-ci ilin fevral ayının sonundan Rusiya idmançıları ölkənin Ukraynaya etdiyi silahlı müdaxilə səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılıblar.   

Namiq HUN

tag: UEFA,Prezident,Aleksandr Çeferin,İdman,Todaypress.az,