Çalhanoğlu təkrarən Milanda müayinə olunacaq
UEFA
18.11.2024 11:42
“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu Millətlər Liqasında Uelslə matçda zədələnib.
TodayPress “Sky Spori Italia”yaya istinadən xəbər verir ki, futbolçu Türkiyədə tibbi müayinədən keçib və bud əzələsinin qopması ehtimalı istisna edilib.
Çalhanoğlu Milana qayıdaraq dərin müayinədən keçəcək.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm “İnter”in heyətində meydana çıxdığı 12 matçda 4 qol vurub.
Namiq HUN
tag: Çalhanoğlu, İnter, Matç,Türkiyə, todaypress.az,