Çakır “Qarabağ”ın oyununa təyinat aldı

UEFA

26.11.2024 14:35

Türkiyəli tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gəlir.

TodayPress xəbər verir ki, o, “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.  

Çakır Azərbaycan çümpionunun UEFA Avropa Liqasının Liqa mərhələsində Fransanın “Olimpik Lion” klubuna qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, Cüneyt Çakır hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışır.

Namiq HUN

tag: Qarabağ, Çakır, UEFA,Türkiyə, Təyinat, todaypress.az,