Bronxost da “Beşiktaş”dan ayrıldı
UEFA
29.11.2024 18:25
“Beşiktaş” futbol klubunda istefalar davam edir.
TodayPress xəbər verir ki, bu dəfə baş məşqçi Covanni van Bronxost İstanbul təmsilçisi ilə yollarını ayırıb.
Niderlandlı mütəxəssis uğursuz nəticələrə görə komandadan gedib.
Onu türkiyəli məşqçi Sərgən Yalçının əvəz edəcəyi bildirilir.
Qeyd edək ki, “Beşiktaş” Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 1:3 hesabı ilə uduzub.
Xatırladaq ki, daha əvvəl “Beşiktaş” klubunun prezidenti Hasan Arat, idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez istefa verib.
Namiq HUN
tag: Beşiktaş, Covanni Van Bronxost, Niderland, Liqa, Avropa ,todaypress.az,