Braziliyalı vingerin Çempionlar Liqası uğuru
“Barselona” klubunun futbolçusu Rafinya Çempionlar Liqasında rekorda imza atıb.
TodayPress xəbər verir ki, vinger turnirin tarixinə bir mövsümdə ən çox qol vuran braziliyalı kimi düşüb.
Dias cari mövsümdə 11 dəfə fərqlənib.
28 yaşlı futbolçu bu uğuru ilə Rivaldo, Jardel, Kaka, Neymar və Roberto Firminonun şərik olduğu rekordu yeniləyib.
Onlar müxtəlif mövsümlərdə 10 dəfə rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, Rafinya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” ilə cavab oyununda (3:1) dubla imza atmaqla qol sayını 11-ə çatdırıb.
Namiq HUN
tag: Barselona,Benfika,Rafinyo,Çempionlar Liqası,Klub,Todaypress.az,