Braziliyalı vinger 20 gün futboldan kənar qalacaq
UEFA
24.10.2024 18:20
“Real Madrid” klubunun zədəli futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.
TodayPress xəbər verir ki, braziliyalı vinger 20 günə yaxın futboldan kənar qalacaq.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunun Dortmund “Borussiya”sı ilə matçında xəsarət alan Rodriqonun durumuna həkim müayinəsindən sonra aydınlıq gəlib.
Sağ ayağından zədələnən futbolçu oktyabrın 26-da “Real Madrid”lə “Barselona” arasında keçiriləcək “El-Klasiko”nu da buraxmalı olacaq.
Namiq HUN
tag: Real Madrid, Rodriqo, Liqa, El-Klasiko,UEFA, todaypress.az,