“Beşiktaş”ın müdafiəçisi zədələndi
UEFA
30.11.2024 13:38
“Beşiktaş” futbol klubunun müdafiəçisi Qabriel Paulista sıradan çıxıb.
TodayPress xəbər verir ki, Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə oyunda zədələnən futbolçu 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 35 yaşlı braziliyalı futbolçu cari mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Beşiktaş, Qabriel Paulista, Avropa, Liqa, İstanbul, todaypress.az,