“Beşiktaş” qalib gəldi, “Fənərbağça” bərabərə qaldı
UEFA
25.10.2024 09:29
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna yekun vurulub.
TodayPress xəbər verir ki, turun son günündə baş tutan 16 qarşılaşma Türkiyə klublarının uğurlu çıxışları ilə əlamətdar olub.
“Beşiktaş” “Qarabağ”ın rəqiblərindən olan “Lion”dan üstün olub. Lion qarşılaşmasında Jedson Fernandeş İstanbul təmsilçisinə minimal hesablı qələbə qazandırıb 1:0.
“Fənərbağça” isə doğma meydanda “Mançester Yunayted”lə xal bölgüsünə nail olub. Yusif Ən-Nəsəri “Fənərbağça”nın bərabərlik qolunu vurub. “Qırmızı şeytyanlar”ın heyətində isə Kristian Eriksen fərqlənib 1:1.
Azərbaycan çempionunun rəqiblərindən “Olimpiakos” III turda İsveçdə “Malmö”yə qalib gəlib 1:0.
Rumıniya təmsilçisi FCSB isə Şotlandiyada “Reyncers”ə böyük hesabla məğlub olub 0:4.
Liqa mərhələsinin digər görüşlərində “Roma” evdə “Dinamo Kiyev”ə (1:0), “Ayntraxt” RFS-ə (1:0), “Ferentsvaroş” “Nitsa”ya (1:0), "Midtyullann" “Yunion”a (1:0), “Porto” “Hoffenhaym”a (2:0), “Tottenhem” “AZ Alkmar”a (1:0), “Atletik” “Slaviya”ya (1:0), “Anderlext” “Ludoqores”ə (2:0) qalib gəlib, “Makkabi Tel-Əviv” “Real Sosyedad”a (1:2), “Tvente” “Latsio”ya (0:2) uduzub.
Yunanıstanda keçirilən PAOK - “Viktoriya” görüşündə isə heç-heçə qeydə alınıb 2:2.
Namiq HUN
tag: Beşiktaş, Fənərbağça, Roma, UEFA, Avropa, todaypress.az,