“Beşiktaş” Avrokuboklardan xaric edilə bilər

UEFA

03.12.2024 17:40

“Beşiktaş” klubu futbolçuların maaşları da daxil olmaqla, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) olan 50 milyon avroluq borcunu ödəməyəcəyi təqdirdə Avrokuboklardan uzaqlaşdırılacaq.

TodayPress “SporX”ə istinadən xəbər verir ki, “qara qartallar” yanvar ayınadək futbolçuların maaşlarını ödəməli və UEFA-ya olan 50 milyon avroluq borcunu bağlamalıdırlar.

Əks halda, İstanbul təmsilçisi Avrokuboklardan birdəfəlik uzaqlaşdırılacaq.

Qeyd edək ki, “Beşiktaş” buna qədər 2013-cü ildə də eyni vəziyyətlə üzləşib və Avrokuboklardan uzaqlaşdırılıb.

Namiq HUN

tag: Beşiktaş, Futbol, Avropa, Qara Qartallar, UEFA, todaypress.az,