"Bayer 04"ün forvardı əməliyyat olunacaq

UEFA

25.10.2024 15:35

“Bayer 04” klubunun futbolçsu Amin Adli zədələnib.

TodayPress “Bild”ə istinadən xəbər verir ki, hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Brest"lə görüşdə sıradan çıxıb.

Adlidə fibula sümüyünün qırığı aşkarlanıb. O, əməliyyat olunacaq və 2025-ci ilin yanvarınadək yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm 12 matçda meydana çıxıb.

Namiq HUN

tag: Bayer-04, UEFA, Liqa, Forvard, Amin Adli, todaypress.az,