"Bayer 04" Liqa mərhələsinə darmadağınla başladı

UEFA

20.09.2024 09:07

UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura yekun vurulub.

TodayPress xəbər verir ki, turun son yarış günündə maraqlı nəticələr qeydə alınıb.

Almaniya çempionu “Bayer 04” Rotterdamda “Feyenoord”un qapısından 4 cavabsız top keçirib. Leverkuzen təmsilçisinin heyətində Florian Virts dubl edib və Alexandro Qrimaldo fərqlənib. Qarşılaşmanın yekun nəticəsini isə Timon Vellenroyterin avtoqolu müəyyən edib. 

La Liqada mövsümə əla start verən “Barselona” Fransada “Monako”nun qonağı olub. Matçın ilk 10 dəqiqəsindən sonra meydanda azlıqda qalan Kataloniya təmsilçisi 1:2 hesablı məğlubiyyətlə barışıb.

Avropa Liqasının qalibi “Atalanta” Berqamoda “Arsenal”ın qapısına yol tapa bilməyib 0:0. 

Turun digər görüşlərində “Benfika” səfərdə “Srvena Zvezda”ya 2:1 hesabı ilə qalib gəlib. “Atletiko Madrid” evdə “Leypsiq”i, “Brest” isə “Şturm”u 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasında II turun oyunları oktyabrın 1-də başlayacaq.

Namiq HUN

tag: UEFA ,Çempionlar Liqası,Bayer 04,Feyenoord,Leverkuzen ,Almaniya ,Barselona,Monako,Atalanta,Arsenal,Benfika,Srvena Zvezda,Leypsiq,Brest,Şturm,todaypress.az,