“Bavariya”nın müdafiəçisi rekordu təkrarladı
UEFA
27.11.2024 10:15
“Bavariya” klubunun müdafiəçisi Kim Min-Ce Rusiya təmsilçisi “Rubin”in baş məşqçisi Rəşid Rəhimovun UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.
TodayPress “Opta”ya istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunda PSJ ilə matçda Münhen təmsilçisinin yeganə qolunu vuran 28 yaşlı cənubi koreyalı futbolçu Fransa klubunun qapısından top keçirən ikinci asiyalı futbolçu olub.
Tacikistandan olan Rəşid Rəhimov indiyə qədər qitənin ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı futbolçu idi. O, bunu 1994-cü ildə “Spartak”ın (Rusiya) heyətində oynayarkən etmişdi. Moskvada baş tutan görüş “Spartak”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Namiq HUN
tag: Bavariya, UEFA, Kim Min-Ce, Rubin, Liqa, todaypress.az,