"Başakşehir" Moldova təmsilçisi ilə sülhə razılaşdı

UEFA

27.11.2024 23:37

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.

TodayPress-in məlumatına görə, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.

"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.

 

tag: UEFA, İstanbul,Liqa, Türkiyə, Moldova, todaypress.az,