“Barselona” liderliyi ələ keçirdi
"Opta" superkompüteri UEFA Çempionlar Liqası favoritlərinin reytinqini yeniləyib.
TodayPress xəbər verir ki, 1/8 final mərhələsindən sonra "Barselona" klubu turnirdə qələbəyə əsas namizəd hesab edilir.
Superkompüter kataloniyalıların qələbə ehtimalını 20,4 % qiymətləndirib.
Qeyd edək ki, 1/8 final cavab oyunlarından əvvəl “Liverpul” Çempionlar Liqasının favoriti hesab edilsə də, Arne Slotun komandası PSJ-yə uduzaraq mübarizəni dayandırıb.
Yeni reytinqdə ilk üçlüyü PSJ və “Arsenal2 klubları təşkil edir.
Çempionlar Liqasında qalib olmaq ehtimalları:
1. “Barselona” - 20,4 %
2. PSJ – 19,3 %
3. “Arsenal” - 16,8 %
4. “İnter” - 16,4 %
5. “Real Madrid” - 13,6 %
6. “Bavariya” - 9,7 %
7. “Aston Villa” - 2,8 %
8. “Borussiya Dortmund” - 1 %
Namiq HUN
tag: Barselona,UEFA,Liderlik,Siyahı,Todaypress.az,