“Barselona” evdə qalib gəldi, “Atletiko” isə məğlub oldu

UEFA

24.10.2024 09:41

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.

TodayPress xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

Günün mərkəzi görüşü Barselonada keçirilib. Kataloniya təmsilçisi doğma meydanda “Bavariya”nı böyük hesabla məğlub edib 4:1. Rafinyanın het-trik etdiyi oyunda Robert Levandovski də adından söz etdirib. “Bavariya”da isə Harri Keyn fərqlənib. 

“Mançester Siti” evdə “Sparta”nı darmadağın edib 5:0. Erlinq Holandın dubl etdiyi oyunda, Fil Foden, Con Stounz və Mateus Nunes hərəyə bir qol vurublar.  

İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leypsiq”ə minimal hesabla qalib gəlib 1:0. Mersisaydlıların qələbə qolunu Darvin Nunyes vurub. 

III turun digər oyunlarında “Atletiko” evdə “Lill”ə (1:3), “Benfika”  “Feyenoord”a (1:3), “Zalsburq” “Dinamo Zaqreb”ə (0:2), “Yanq Boys” isə “İnter”ə (0:1) məğlub olub. 

“Brest” “Bayer 04”lə (1:1), “Atalanta” isə “Seltik”lə (0:0) heç-heçə edib. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.

Namiq HUN

tag: Barselona, Liverpul, Leypsiq, Darvin, todaypress.az,