Barış Alper Avroliqada mükafata namizəddir
UEFA
25.10.2024 11:55
Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
TodayPress xəbər verir ki, namizədlər “Reyncers”dən Vaslav Çerni, “Qalatasaray”dan Barış Alper Yılmaz, “Budo-Qlimt”dən Villads Nilsen və “Mançester Yunayted”dən Kristian Eriksendir.
Çerni FCSB ilə matçda dubl edib, Barış Alper “Elfsborq”la görüşdə 1 qol vurub. Nilsen “Braqa” ilə oyunda, Eriksen isə “Fənərbağça” ilə qarşılaşmada fərqlənib.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.
Namiq HUN
tag: Avropa, Liqa, Çerni, Barış, UEFA, todaypress.az,