Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
UEFA
15.11.2024 16:24
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
TodayPress xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq - Şimali İrlandiya oyununun baş hakimi olacaq.
Məsiyevə laysmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Lüksemburq - Şimali İrlandiya matçı noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək.
Namiq HUN
tag: FIFA,Lüksemburq, UEFA, Fərid Hacıyev, Pərvin Talıbov, todaypress.az,