Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

UEFA

26.09.2024 10:23

UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk oyun gününün nəticələri əmsallar cədvəlində dəyişikliklərə səbəb olub.

TodayPress xəbər verir ki, I turda baş tutan matçlardan sonra hesabında 29.575 xal olan Danimarka 15-ci yerə yüksəlib. Şimallılar Yunanıstanı (29.500) üstələyiblər.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkəmiz 19.125 xalla  Avropadakı 26-cı yerini qoruyub. Əmsallar cədvəlindəki yerimiz isə bu gün keçiriləcək "Tottenhem" - "Qarabağ" matçından sonra dəyişə bilər.

Qeyd edək ki, Azərbaycanın hazırda cari mövsümdən qazancı 2.375 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250, "Qarabağ" 0.750, "Sabah" 0.250, "Sumqayıt" klubu isə 0.125 xal əldə edib.

UEFA-nın əmsalar cədvəlinə 90.303 xalla İngiltərə başçılıq edir. 

Namiq HUN

tag: Azərbaycan ,Qarabağ, Sumqayıt ,UEFA ,Tottenhem, Zirə ,todaypress.az,