Azərbaycanın mövqeyi dəyişmədi

UEFA

29.11.2024 09:53

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

TodayPress xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin V turunda “Olimpik Lion”a məğlub olan “Qarabağ” ölkənin əmsalını artıra bilməyib.

Buna baxmayaraq, Azərbaycan UEFA reytinqində 19.625 xalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə yer alan Rumıniyanın aktivində 20.375 xal var.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə 97.035 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Reytinq, Azərbaycan, Rumıniya,Liqa,İngiltərə,todaypress.az,