Azərbaycan UEFA reytinqindəki mövqeyini qorudu
Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
TodayPress xəbər verir ki, bu, avrokuboklarda 1/8 final mərhələsinin cavab oyunlarından sonra bəlli olub.
Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb. UEFA reytinqində 29-cu olan Bolqarıstanın hesabında 19.875 xal var.
Sıralamanın 31-cisi olan İrlandiyanın isə aktivində 14.968 xal var.
Qeyd edək ki, UEFA reytinqinə 109,982 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: UEFA,Liqa,Azərbaycan,Reytinq,Todaypress.az,