Azərbaycan UEFA reytinqindəki mövqeyini itirdi

UEFA

07.03.2025 10:11

1481

Azərbaycan UEFA reytinqində geriləyib.   

TodayPress xəbər verir ki, qitə kuboklarında 1/8 final mərhələsinin ilk oyunlarından sonra Azərbaycan Sloveniya və Bolqarıstandan geri düşüb.   

Avrokuboklarda təmsil olunmayan ölkəmiz 19,625 əmsalla 30-cudur.   

Sloveniya 19.968 əmsalla iki pillə irəliləyərək 28-ci yerə yüksəlib.

29-cu pillədə qərarlaşan Bolqarıstanın isə hesabında 19.875 əmsalı var.   

Qeyd edək ki, UEFA reytinqinə 107,910 əmsalla İngiltərə başçılıq edir.   

Namiq HUN

tag: Azərbaycan,UEFA,Reytinq,Geriləmə,Todaypress.az,