Azərbaycan UEFA reytinqində gerilədi
UEFA
13.12.2024 11:43
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
TodayPress xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) səbəb olub.
Azərbaycan 19.625 xalla 28-ci yerdə qərarlaşıb.
Bolqarıstanın “Ludoqorets” klubunun Niderlandın Alkmaar komandası ilə heç-heçə etməsi (2:2) ölkənin sıralamada Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya 99.374 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Avropa ,Liqa ,İngitərə,Tur, todaypress.az,