Azərbaycan UEFA reytinqində gerilədi

UEFA

04.10.2024 09:53

Avropa Liqasında Liqa mərhələsinin II turundan sonra ölkələrin reytinqi açıqlanıb. 

TodayPress xəbər verir ki, turnirdəki ikinci oyununu da məğlubiyyətlə başa vuran “Qarabağ” Azərbaycanın UEFA reytinqinə xal yazdıra bilməyib.

Azərbaycan hazırda 19,125 xalla 28-ci sıradadır. Ötən reytinqlə müqayisədə bir pillə geriləmişik. Eyni xalı olan Bolqarıstan 27-ci pillədə qərarlaşıb.

Siyahıya 92,446 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Avropa Liqası, UEFA ,Azərbaycan ,Reytinq ,Bolqarıstan ,todaypress.az,