Azərbaycan mövqeyini qorudu

UEFA

20.12.2024 10:14

Avropa Futbol Assosiasiyaları İttifaqı ölkələrin yeni reytinqini açıqlayıb.

TodayPress xəbər verir ki, Konfrans Liqasının Liqa mərhələsinin VI turunun matçları UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkəmiz 19,625 xalla 28-ci pillədədir.

Azərbaycanın ən yaxın izləyicisi dəyişib. 29-cu pilləyə yüksələn Sloveniya cədvəldəki yeni qonşumuz olub.

Qeyd edək ki, cari mövsümdə Azərbaycanın qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

UEFA reytinqinə 99,767 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Azərbaycan, Sumqayıt ,Sabah, Zirvə,Qarabağ, todaypress.az,