Azərbaycan mövqeyini qorudu
UEFA
27.11.2024 09:54
Çempionlar Liqasının Liqa mərhələsinin V turunun ilk oyun günündən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, baş tutan matçlar bəzi ölkələrin xal hesabını artırması ilə nəticələnsə də, cədvəldə yerdəyişmələr qeydə alınmayıb.
Bütün ölkələr kimi, Azərbaycan da mövqeyini qoruyub.
Hesabında 19,625 xal olan Azərbaycan Avropada 27-ci pillədədir. Bolqarıstanı 0,500 xal üstələyən ölkəmiz, eyni fərqlə Rumıniyadan geridədir.
Qeyd edək ki, cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.
UEFA reytinqinə 95,589 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: UEFA, Azərbaycan, Sabah, Sumqayıt, Qarabağ, todaypress.az,